“Şahdağ Turizm Mərkəzi” maliyyə çatışmazlığı səbəbindən elan etdiyi tenderin nəticələrini ləğv edib.
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumatda deyilir ki, şirkətin 12 və 25 oktyabr 2017-ci il tarixli nömrələrində “Şahdağ Turizm Mərkəzi” QSC-nin Lot-1 arxa çalovlu ekskavatorun və Lot-2 orta həcmli süpürmə texnikasının satınalınması ilə əlaqədar dərc olunmuş açıq tender müsabiqələrinin maliyyələşdirilməsi dayandırıldığından tenderin nəticələri müvafiq qanunvericiliyə uyğun olaraq ləğv edilib.
“Şahdağ Turizm Mərkəzi”nin pulu kəsilib
14:19
15 Sen 2018