FED.az xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir. Lot-1. Yaşıllaşdırma xidmətinin satınalınması. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 (əlaqələndirici şəxs: Dəniz Məcidlidən, telefon: (+99 412) 310 11 10, daxili nömrə 7101) nömrəli ünvandan ala bilərlər .
İştirak haqqı 300 manatdır. H/h: AZ53AİİB33010019444805754148 VÖEN: 4700664781 Bank: “Kapital Bank” ASC-nin Qusar rayon filialı Kod: 200480 VÖEN: 9900003611 M/h: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T: AIIBAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının maddi-texniki bazası. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 iyul 2018-ci il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 3 avqust 2018-ci il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 6 avqust 2018-ci il saat 17.00-da Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“Şahdağ Turizm Mərkəzi” - TENDER ELANI
17:08
22 İyun 2018