Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına sərnişindaşıma, yükdaşıma və ağır texnika xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Hacıqabulda təmir işlərinə - 70 Min Manat Xərcələnəcək
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, Dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçıların sərnişindaşıma, yükdaşıma və ağır texnika xidmətlərinin satın alınmasına aid təkliflərinin qiymətləndirilməsində aşağıdaki meyarlara üstünlük veriləcəkdir;
- texniki vasitələrin tələbata uyğun olması və yeniliyinə görə;
- peşəkar texniki heyət və texniki heyətin iş təcrübəsinə görə;
- tender təklifinin qiymətinə görə.
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 200 (iki yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h- AZ53AİİB33010019444805754148
VÖEN- 4700664781
Bank- “Kapital Bank”ASC-nin Qusar filialı
Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır;
-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonar ən azı 30 (otuz) bank günündən çox olmalıdır;
-satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının məbləği müqavilənin ümumi məbləğinin 3 faizi həcmində müəyyən olunur. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (ərazi məhkəmə orqanından müvafiq arayış);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının mikro, kiçik və orta biznes subyekti olması haqqında müvafiq arayış;
-iddiaçının maddi – texniki bazası (şərtlər toplusuna sonuncu əlavədə).
-tenderin qiymət təklifi.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 26 oktyabr 2021-ci il saat _16.00-a, maliyyə göstəricilərinə aid sənədləri isə 3 noyabr 2021-ci il saat 16.00-a qədər Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 4 noyabr 2021-ci il saat 16.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.