Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti audit xidmətinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir
FED.AZ TENDER xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana müraciət edə bilərlər.
Əlaqələndirici şəxs – Tural Quluzadə, telefon- (077) 277-32-60.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 12 mart 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 13 mart 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
“Şahdağ Turizm Mərkəzi” QSC auditor axtarır – KOTİROVKA SORĞUSU
10:39
9 Mart 2019