FED.az TENDER xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti “Microsoft P1” lisenziyasının satınalınması məqsədilə kotirovka sorğusu elan edir
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Tural Quluzadə, telefon- (077) 277-32-60.
Eləcə də bax: Nəqliyyat Agentliyi yol nişanları alır - TENDER ELANI
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 fevral 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 12 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
“Şahdağ Turizm Mərkəzi” lisenziya alır – KOTİROVKA SORĞUSU
13:02
6 Fev 2019