FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti ofisdə nəzarət-buraxılış rejiminin təşkili xidmətinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2b nömrəli ünvana (əlaqələndirici şəxs: Dəniz Məcidliyə, telefon: (+99 412) 465 09 45 müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 2 avqust 2018-ci il saat 17.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2b nömrəli ünvanda 3 avqust 2018-ci il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.