“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti “Shahdag Hotel & SPA” mehmanxanasının dam örtüyünün bərpası işlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b nömrəli ünvana (əlaqələndirici şəxs: Dəniz Məcidliyə, telefon: (+99 412) 465 09 45 müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 6 iyul 2018-ci il saat 17.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b nömrəli ünvanda 9 iyul 2018-ci il saat 17.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Şahdağ Turizm Mərkəzi - kotirovka sorğusu
09:24
5 İyul 2018