FED.az xəbər verir ki , "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti gömrük rəsmiləşdirilməsi, daşınma və müvafiq xidmətlərin satınalınması məqsədilə kotirovka sorğusu elan edir
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvana (əlaqələndirici şəxs: Dəniz Məcidliyə, telefon: (+99 412) 310 11 10, daxili nömrə 7101) müraciət edə bilərlər.
Eləcə də bax :Azərbaycan İnvestisiya Şirkəti - Kotirovka sorğusu
Eləcə də bax : "Azalternativenerji" MMC- Kotirovka sorğusu
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 27 aprel 2018-ci il saat 17.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 26 nömrəli ünvanda 30 aprel 2018-ci il saat 17.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Tender komissiyası