“Şahdağ Turizm Mərkəzi” QSC elan etdiyi tenderin qalibini açıqlayıb.
"Azərpoçt" avtomoibllər alır - TƏQRİBİ QİYMƏT
FED.az xəbər verir ki, tender avtonəqliyyat vasitələrinin tam sığortalanması (kasko) xidmətlərinin satın alınması üzrə keçirilmişdi. Müvafiq xidmətlərin göstərilməsi üçün “Xalq Sığorta” ASC ilə 15 989 manat dəyərində müqavilə imzalanıb.
Sığorta müqaviləsi cəmi 29 nəqliyyat vasitəsini əhatə edir. Siyahıya 12 ədəd Mitsubishi, 10 ədəd Toyota, 3 ədəd KAMAZ, 2 ədəd Qazel, 1 ədəd Honda və 1 ədəd Nissan markalı avtomobil daxildir.