Şahdağ Turizm Mərkəzi audit xidmətinin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4700664781
Satınalan təşkilatın ünvanı: AZ3827 Qusar rayonu Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri
Müsabiqənin başlama tarixi və vaxtı: 29.03.2023 16:25
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 13.04.2023 10:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödənişlər malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır. Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Çatdırılma yeri - Azərbaycan, AZ3827, Qusar Rayonu, Qusar-Ləzə Avtomobil Yolunun 29-cu km
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Müqavilə imzalandığı tarixdən 1 ay müddətinədək
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Günay Hüseynova, Satınalma üzrə baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +99477 277 32 09
Tələb olunan iddiaçıların sayı: 3
• Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğunluğunun yoxlanması və auditi • Bütün əməliyyat və əsaslı xərclər üzrə vəsaitlərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğunun yoxlanması • Müqavilələrin qanunvericiliyə, habelə icrasına dair müvafiq sənədlərin yoxlanması • Bank əməliyyatlarının auditi • Kassa əməliyyatlarının auditi • Təhtəlhesab əməliyyatların auditi • Əməkhaqqılar üzrə hesablaşmaların auditi • Mal-materialların uçotunun düzgünlüyü • Debitor və kreditor əməliyyatların auditi • Torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) auditi • Mənfəət və zərərlərin auditi • Pul vəsaitlərinin hərəkətinin auditi • Kapital dəyişikliklərinin auditi • Vergi hesablamalarının auditi • Xərclərin auditi • İdxal, ixrac əməliyyatlarının auditi • Satış əməliyyatlarının auditi • Digər balans hesabı qalıqlarının auditi • Maliyyə hesabatlarının digər göstəricilərinin auditi • Bütün nəzərdən keçirilmiş qeydlərin tamamlanması, standartlara uyğun imzalanması • Yekun hesabatların tərtib olunub təqdim edilməsi