Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Ağdam rayonu, Şahbulaq kəndi ərazisində yerləşən "Şahbulaq qalası"nın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılmasıdır. Müqavilənin məbləği 3 530 196 manat təşkil edir.
Müqavilə "M-TND" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1302192901) ilə bağlanıb.
Qeyd edək ki, "M-TND" 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Kəlbiyev Nazim Kəlbi oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar PR., ev.28A, m.23 ünvanıdır.











