"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi (VÖEN – 1300300711) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Ağdam rayonunun kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində Qərvənd və Eyvazxanbəyli kəndlərinin su təchizatı və kanalizasiya sisteminin tikintisidir. Ehtimal olunan qiymət 19 149 354 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 10 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 2 872 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Yusif Hüseynov - Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini
[email protected]
+994 55 225 12 31
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 10 aprel 2026-cı il tarixinə qədər AZ1102, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 69A ünvanına təqdim edə bilərlər.











