Sadecə 25 manat ödəyib iştirak edə bilərsiniz – TENDER ELANI
16:16
19 İyul 2018
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında ELMİN İNKİŞAFI FONDU qalib qrant layihələri üzrə cihaz, avadanlıqların və reagentlərin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR.
Tender 8 lot üzrə keçirilir.
Lot-1. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihazın satınalınması.
Lot-2. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihazın satınalınması.
Lot-3. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulatların satınalınması.
Lot-4. Qalib qrant layihəsi üzrə istifadə üçün cihaz və avadanlıqların satınalınması.
Lot-5. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihazın satınalınması.
Lot-6. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihazın satınalınması.
Lot-7. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihazların satınalınması.
Lot-8. Qalib qrant layihəsi üzrə istifadə üçün reagentlərin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini yazılı surətdə, möhürlənmiş, imzalanmış ikiqat bağlamada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, ən qısa müddət ərzində çatdırılma, mallara maksimum zəmanət, analoji işlərdə təcrübəsi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə (tender komissiyası, telefon 489-08-94, səlahiyyətli şəxs: Ədilə Babayevadan) ala bilərlər.
İştirak haqqı lot-1 - 25 manat, lot-2 - 15 manat, lot-3 - 10 manat, lot-4 - 90 manat, lot-5 - 10 manat, lot-6 - 15 manat, lot-7 - 35 manat, lot-8 isə - 15 manatdır.
İddiaçılar tenderdə iştirak haqqını bu hesaba köçürməlidirlər:
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
VÖEN: 1701102761
Dövlət Xəzinədarlığı Agentliyi
Bankın VÖEN-i: 1401555071
H/h: AZ29CTRE00000000000005428301
M/h: AZ41NABZ01360100000000003944
Bankın kodu: 210005
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) (iştirak ediləcək satınalma predmeti dəqiq göstərilməklə);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, iddiaçının tam rəsmi adı və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının işləri yerinə yetirmək üçün təcrübəsi və potensial imkanları, tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat;
- malların mənşə, keyfiyyət sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 20 avqust 2018-ci il saat 11.00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 avqust 2018-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçıların təklifləri 29 avqust 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.