Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən elan edilmiş tender ləğv edilib.
Lənkəranda kanalizasiya sistemi quracaq şirkət - 50 MİLYON QAZANACAQ
FED.az xəbər verir ki, sözügedən tender Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı (II mərhələ) ilə bağlı idi.
Tender müsabiqəsi 13 mart 2025-ci il tarixində saat 17:36-da elan olunmuş və təkliflərin son təqdim olunma tarixi 6 may 2025-ci il, saat 17:38 olaraq müəyyən edilmişdi. Zərflərin açılışı da həmin gün və eyni saatda baş tutmalı idi.
Layihənin ehtimal olunan dəyəri 18.522.080,00 AZN təşkil edirdi. Lakin tender nəzarət orqanının qərarı ilə rəsmi şəkildə ləğv olunub.
Qarşıdakı dövrlərdə bu layihənin taleyi ilə bağlı yeni elanların olub-olmaması ictimaiyyətin diqqətində qalacaq.