Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhəri Üzrə Nümayəndəsi “Yolların əsaslı təmiri işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "R.V Yol İnşaat" MMC olub. Şirkətlə 182 min 985 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsinin 494 min 984.98 manat dəyərindəki “Yaşıllıq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının qazılması və bu məqsədlə malların, işlərin və xidmətlərin satınalınması“ tenderi üzrə müqavilə imzalanıb (23.12.2022) .