Şabran şəhərində bir neçə küçənin əsaslı təmirini nəzərdə tutan tender ləğv edilib.
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLUNDU
FED.az xəbər verir ki, Şabran RİHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi Koroğlu, Tofiq İsmayılov, Ceyhun Vasiqov, Almaz İldırım, Seyfəddin Balağayev, Salatın Əsgərova və Qaçaq Nəbi küçələrinin əsaslı təmiri ilə bağlı satınalma elan etmişdi.
Lakin “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün yetərsay təmin edilməyib. Bu səbəbdən də satınalma komissiyası müsabiqənin ləğvi barədə qərar qəbul edib.
Xatırladaq ki,tenderin ehtimal olunan dəyəri 330 450 AZN təşkil edirdi. Müsabiqə 23 iyul 2025-ci ildə dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı isə 19 avqust 2025-ci il, saat 11:00-a təyin edilmişdi.