Sabirabad Suvarma Sistemləri İdarəsi dörd tenderə yekun vurub.
FED.az xəbər verir ki, sürtkü yağlarının satın alınması "Lubricants Supplier" MMC-yə (VÖEN: 1306238091) həvalə olunub.
Şirkətlə 49 524 manat məbləğində satınalma müqavilə imzalanıb.
Cari təmir-tikinti işləri üzrə tikinti materiallarının satın alınması üçün "A+H Təmir Təkinti" (VÖEN: 2100479961) ilə 176 839 manatlıq müqavilə bağlanıb. Bundan başqa həmin şirkətə nasosstansiyaların təmiri üçün nasos avadanlıqlarının satın alınması üçün 245 256 manat ödəniləcək.
Maşın mexanizmlər üçün ehtiyyat hissələrinin satın alınması üçün "Avto Texnika Detaling" MMC ilə 124 773 manatlıq müqavilə imzalanıb.