Saatlı Suvarma Sistemləri İdarəsi lildən təmizləmə işləri ilə bağlı 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Sol Sahil kanalı sistemi üzərindəki kanal və kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi işlərinin satın alınması” tenderin qalibi “JP Coneco Group” MMC olub.
Şirkətlə 195 813 manat məbləğində müqavilə imzalanıb.
“Sabir kanalı sistemi üzərindəki kanal və kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi işlərinin satın alınması” tenderinin qalibi “Ricon” MMC olub.
Şirkətlə 244 419 manat məbləğində müqavilə imzalanıb.