Rusiyada sürücüsü olmayan yük avtomobilləri ilə daşımalar başlayıb.
FED.az xəbər verir ki, artıq 2024-cü ildə pilotsuz yük maşınları Moskva ilə Sankt-Peterburqu birləşdirən M-11 magistral yolu ilə təxminən 220 min ton yük daşıya biləcəklər.
Rusiyanın iki əsas şəhəri arasında sürücüsüz «Kamaz» yük avtomobillərinin hərəkəti 2023-cü il iyunun 14-də başlayıb. Artıq bu il həmin avtomobillər 50 min ton yük daşımalıdır, gələn ildən isə bu rəqəm 220 min tona yüksələcək.
Bu işlər “İnsansız Logistika Dəhlizləri” layihəsi çərçivəsində həyata keçirilir.
Bundan əvvəl Rusiyanın Nəqliyyat naziri Vitali Savelyev bildirmişdi ki, 2024-cü ildə M-11 Moskva-Sankt-Peterburq magistral yolu ilə yüklərin kommersiya daşınması üçün əlavə 12 pilotsuz yük maşınının buraxılması planlaşdırılır.