Gəncə Şəhər İcra Hakimiyyəti elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Xocavənddə 7 milyona 120 evi təmir edəcək şirkətlər - MƏLUM OLDU
FED.az xəbər verir ki, tender şəhərdə qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə yeni yaşayış binalasının tikintisi üçün elan edilmişdi.
Tenderin qalibi “Reyhan Müəssisəsi” MMC (VÖEN: 5600031641) seçilib və 249 mənzilli yeni yaşayış binasının tikintisi üçün 2 000 000 AZN dəyərində müqavilə imzalayıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Reyhan Müəssisəsi” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 5 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Coşqun Əliyev Valeh oğludur. Hüquqi ünvanı Yardımlı rayonu, Osnağaran qəsəbəsidir. Şirkət riskli vergi ödəyicisidir və 161 966 AZN vergi borcu var.