Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tikili və avadanlıqların cari təmiri üzrə işlərin və malların satınalınması üçün açıq tender elan edir.
“Azərbaycanfilm” Kinostudiyası tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, müvafiq sahə üzrə təcrübəsi və ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin tələb olunan yerinə yetirilməsinin müddəti: 31.12.2021-ci il tarixinə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs: Cəfərov Telman İmran oğlu
Ünvan: Bakı şəhəri , Səbail ray., N.Rəfibəyli küç.25
E-mail: [email protected]
Tel: (012) 492-50-70
Maraqlananlar aşağıda qeyd olunan hesaba 150 (bir yüz əlli) manat məbləğində iştirak haqqını portalda asan ödənişlə ödədikdən sonra tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:
Adı: Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
H/h: AZ34CTRE00000000000004138305
VÖEN: 1700434611
DXA 9 saylı Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.: CTREAZ22
Büdcə səviyyəsinin kodu: 1
Büdcə təsnifat kodu: 142319
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada portal vasitəsi ilə təqdim etməlidirlər:
1.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
Bu sənədlərə aşağıdakılar daxildir:
2.1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2.2.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddətə faliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
2.3.Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır):
- Azərbaycan Respublikasında vergilərə, sosial söğorta və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair arayış;
- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş (qəbul edilmiş) maliyyə hesabatının surəti
2.4. İddiaçının tender predmetinə uyğun gələn fəaliyyətinə dair digər sənədlər
3.Tender təklifi - (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
4.Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
Malgöndərənlər (podratçılar) 1 və 2-ci bəndlərdə qeyd olunan sənədləri 23.07.2021-ci il saat 10:00 tarixə kimi, 3 və 4-cü bəndlərdə qeyd olunan sənədləri isə 02.08.2021-ci il saat 10:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Tender təklifləri zərfləri 03.08.2021-ci il tarixində saat: 10:00-da elektron portal vasitəsi ilə açılacaqdır.
Göstərilən tarixlərdən gec təqdim olunan sənədlər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.