Hacıqabul Rayon İcra Hakimiyyəti 2021-ci ildə Hacıqabul şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Lot-1. 2021-ci ildə Hacıqabul şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada,möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Salman Mirağa oğlu Zamanov (telefon-/021/ 204-29-46). Ünvan-Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7.
Tenderdə iştirak etmək istəyənlər 1300 manat (bir min üç yüz manat) iştirak haqqını elektron portal vasitəsilə aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının internet portalından elektron qaydada ala bilərlər.İştirakı haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri
Təşkilat- Hacıqabul Rayon İcra Hakimiyyəti
Hh- AZ68CTRE00000000000002513331
VÖEN - 8100027051
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
Mh- AZ41NABZ01360100000000003
VÖEN- 1400155071
S.W.İ.F.T. BİK- Biq STREAZ 22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri elektron qaydada təqdim etməlidirlər.
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır), (elandan sonrakı tarixə).
Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi (elandan sonrakı tarixə);
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır) (elandan sonrakı tarixə);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (elandan sonrakı tarixə);
-Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olması barədə rəsmi arayış (elandan sonrakı tarixə).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 8 sentyabr 2021-ci il saat 15.00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.İddiaçılar tender təklifi və bank təminatını 16 sentyabr 2021-ci il saat 15.00-dək elektron qaydada təqdim etməlidirlər.
Təklif zərfləri 17 sentyabr 2021-ci il saat 15.00-da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7 nömrəli ünvanda elektron qaydada açılacaqdır.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Tender komissiyası