Tenderlər

Rayonda dam örtüklərinin təmir işləri - TENDER

Rayonda dam örtüklərinin təmir işləri - TENDER | FED.az
12:38 24 İyun 2020

Gədəbəy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Gədəbəy şəhərində yaşayış binalarının cari təmiri və yaşayış binalarının dam örtüyünün cari təmiri” işlərinin satınalınması məqsədilə tender elan edir.

Eləcə də bax: İcra hakimiyyəti tikinti işləri üçün - TENDER ELAN EDİR

FED.az xəbər verir ki, müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 30.11.2020-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. 

Əlaqələndirici şəxs: Xəqani Sadıqov (Tel.: (022) 326-01-53)

Ünvan: Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi-34

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 200 (iki yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
 

Digər xəbərlər

Banner