Şamaxı icra hakimiyyəti rayonda zəlzələ nəticəsində zərər çəkən eylərin təmiri üçün tender elan edib. FED.az xəbər verir ki, tenderə qatılmaq istəyənlər təkliflərini noyabrın 3-dək təqdim etməlidirlər.
Təkliflər sorğusunun predmeti- Zəlzələdən ziyan çəkmiş evlərin təmiri işlərinin satınalınması.
Maraqlanan təşkilatlar sedaqet.ismalilova@shamaxi-ih.gov.az internet saytı ilə və (020) 265 16 55 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
VÖEN- 1700041261
H/h- AZ67CTRE00000000000002398501
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
Kod-210005
M/h- AZ41NABZ01360100000000003944
SWIFT: CTREAZ22
İştirak haqqı 3000 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
• malgöndərənin tenderdə iştirak üçün müraciət ərizəsi (iştirak haqqı-ödəniş sənədi);
• malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• tender təklifi:
• tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
• malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
• iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
• iddiaçının hansı sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
• satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
• müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
• öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
• Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün lisenziya.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Siyahısı yuxarıda göstərilmiş və iddiaçının tender təklifini təşkil edən sənədlər tender komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:
İddiaçının təklifi, əsli və surəti eyni zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, zərfi imzalayıb möhürləyərək əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilən vaxtdan gec olmayaraq qeyd edilən ünvana göndərirlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 3 noyabr 2021-ci il saat 11.00-a qədər satınalan təşkilata (ünvanı- Şamaxı şəhəri, Heydər Əliyev küçəsi 27. Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binası.Telefon-(+99412) 4801760.) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 4 noyabr 2021-ci il saat 11.00-da Şamaxı şəhəri, Heydər Əliyev küçəsi 27. Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.