Şəki Şəhər İcra Hakimiyyəti özünün inzibati binasının cari təmiri, 21 nömrəli uşaq bağçası binasının əsaslı və cari təmiri işlərinin satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edir.
Rayon İcra Hakimiyyəti təmir işləri üçün tender - ELAN EDİR
FED.az xəbər verir ki, təkliflər sorğusunun qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli kotirovka təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.
İddiaçıların kotirovka təklifləri Azərbaycan Respublikasının Dövlət dilində tərtib olunmalıdır.
Təkliflər 2 nüsxədə (əsli və surəti) 2021-ci il avqustun 31-dək ikiqat zərfdə, bağlanıb möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə (1-ci mərtəbə, 1-ci otaq) təqdim edilməlidir.
Təklif zərfləri 1 sentyabr 2021-ci il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci otaq) açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Kotirovka sorğusu haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:
Şəki Şəhər İcra Hakimiyyətinin tender komissiyası.
Əlaqələndirici şəxs- Taleh Alxasov.
Telefon- 024-244-28-70.