FED.az xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018-ci ildə şəhərin abadlaşdırılması işlərinin satınalınması məqsədilə açıq tender elan edir
Lot-1. Abadlıq işlərinin satınalınması.
İddiaçılar 180 ( yüz səksən ) manat iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
Təşkilat: Qusar RİHB-in Qusar şəhər İ.Ə.D üzrə Nümayəndəliyi.
Qusar Y.X.O.
H/h: AZ17AIIB 32051019444800201148
VÖEN: 4700077491
Bank: “Kapital Bank”ın Qusar filialı
Kod: 200480
VÖEN: 9900003611
M/h: AZ37NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK: A II BAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndərici şəxs:Tumarxanov İkram Cavid oğlu, əlaqə telefonu - (0138) 5-31-83.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymətə, yüksək keyfiyyətə,analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə və texniki imkanları olan meyarlara üstünlük veriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1% - i həcmində bank zəmanəti zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarının arayışı;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu,nizamnaməsi, ünvanı və digər rekvizitləri.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 noyabr 2018 –ci il saat 18.00-dək, tender təklifi və bank zəmanətini isə 26 noyabr 2018-ci il saat 18.00-dək (Qusar şəhəri, H.Əliyev prospekti 140 ) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 27 noyabr 2018-ci il saat 15.00-da açılacaqdır.
Zərflərin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Rayonda abadlıq işləri aparlır – TENDER
15:19
26 Okt 2018