Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa rayonunda abadlaşdırma xidmətləri haqqının ödənilməsi üzrə kotirovka sorğusu elan edir.
Eləcə də bax: İcra hakimiyyəti yolların təmiri üçün - 2 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 06 iyul 2020-ci il saat 12:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.Kotirovka təklifləri Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 3 ünvanında 07 iyul 2020-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Sənan Mustafayev - Telefon: 0222251205
Tender komissiyası