Şəmkir Rayon Mərkəzi Xəstəxanası avadanlıq satınalmaları və təmir işləri ilə bağlı keçirdiyi tenderin qaliblərini açıqlayıb. FED.az xəbər verir ki, qalib gəlmiş şirkətlərlə 5 fərqli müqavilə bağlanılıb. Müqavilələr ümumilikdə 304 min 598.88 manat təşkil edib.
Müqavilələrin şərtləri isə aşağıdakı kimidir:
1. Şəmkir Rayon Mərkəzi Xəstəxanası "CASPİ" MMC ilə digər maşın avadanlıqların satınalınması ilə bağlı 68 min 300 manatlıq müqavilə imzalayıb.
2. Şəmkir Rayon Mərkəzi Xəstəxanası "CASPİ" MMC ilə yumşaq inventarlar satınalınması ilə bağlı 61 min 615.5 manatlıq müqavilə imzalayıb.
3.Şəmkir Rayon Mərkəzi Xəstəxanası "CASPİ" MMC ilə avadanlıqların; dəftərxana ləvazimatlarının; dezinfeksiya məhlullarının; idarənin xərcləri üzrə təsərrüfat mal-materiallarının; mətbəə xərcləri üzrə formaların; avtonəqliyyat ehtiyat hissələrinin; cari təmir işlərinin; kommunal və kommunikasiya xidmətlərinin; sair xərclər üzrə; əsaslı təmir işlərinin satınalınması ilə bağlı 24 min 332.5 manatlıq müqavilə imzalayıb.
4.Şəmkir Rayon Mərkəzi Xəstəxanası "SAVALAN A" MMC ilə avadanlıqların; dəftərxana ləvazimatlarının; dezinfeksiya məhlullarının; idarənin xərcləri üzrə təsərrüfat mal-materiallarının; mətbəə xərcləri üzrə formaların; avtonəqliyyat ehtiyat hissələrinin; cari təmir işlərinin; kommunal və kommunikasiya xidmətlərinin; sair xərclər üzrə; əsaslı təmir işlərinin satınalınması ilə bağlı 44 min 106.88 manatlıq müqavilə imzalayıb.
5.Şəmkir Rayon Mərkəzi Xəstəxanası "SAVALAN A" MMC ilə bərk inventarların satınalınması ilə bağlı 106 min 244 manatlıq müqavilə imzalayıb.
Rayon Mərkəzi Xəstəxanasından 300 min manatlıq - MÜQAVİLƏ
11:47
29 Aprel 2019