Salyan Rayon İcra Hakimiyyəti ““Salyan Şəhər Küçələrində Əsaslı Təmir İşləri"nin satın alınması”, "”Salyan Şəhərində Abadlıq İşləri"nin satın alınması” və "”Salyan Şəhərində Kommunal Binaların Təmiri İşləri"nin satın alınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ilk iki tenderin qalibi "Şabran-D" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə birinci tenderlə bağlı 577 min 949 AZN, ikinci tenderlə bağlı isə 896 min 750 AZN dəyərində müqavilə imzalanıb.
Üçüncü tenderin qalibi "Uğurlu İnşaat" MMC olub. Şirkətlə 397 min 325 manat məbləğində müqavilə imzalayıb.
Ümumikdə hər üç tenderin ümumi dəyəri 1 milyon 872 min 024 manat təşkil edib.