Zaqatala Rayonu İcra Hakimiyyəti satın alma işləri ilə bağlı keçirtdiyi tenderlərin qalibini açıqladı.
FED.az xəbər verir ki, qalib şirkət olan " Zaqatala Kommunal Müəssisələri Kombinatı " ilə 2 fərqli müqavilə bağlanılıb.
Eləcə də bax : Dövlət Xidmətindən 8 lotluq – TENDER ELANI
" Zaqatala Kommunal Müəssisələri Kombinatı " ilə bağlanan müqavilələr ümumilikdə 102991 manat təşkil edir.
" Zaqatala Kommunal Müəssisələri Kombinatı " ilə bağlanan müqavilələrin şərtləri aşağıdakı kimidir :
1.Zaqatala Rayon İcra Hakimiyyəti 46635 manat məbləğində məşğulluq tədbirləri üzrə təsərrüfat mallarının alınması üçün Zaqatala Kommunal Müəssisələri Kombinatı ilə 23 aprel 2019-cu il tarixində müqavilə imzalayıb.
2.Zaqatala Rayon İcra Hakimiyyəti 56356 manat məbləğində məşğulluq tədbirləri üzrə geyim əşyalarının alınması üçün Zaqatala Kommunal Müəssisələri Kombinatı ilə 23 aprel 2019-cu il tarixində müqavilə imzalayıb.
Rayon İcra Hakimiyyətindən 100 min manatlıq - MÜQAVİLƏ
12:19
23 Aprel 2019