Şamaxı rayon icra hakimiyyəti abadlıq işləri üzrə tender alen edib.
Eləcə də bax: Dövlət qurumu kondisionerlər alır – TENDER ELANI
FED.az xəbər verir ki, şərtlərə görə, tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Təkliflər aşağıdakı meyarlarla qiymətləndiriləcəkdir: aşağı qiymət, işlərin yerinə yetirilmə müddətlərinin, avans ödənişinin məbləği, iş planı və təşkilati strukturun, texniki yanaşma və metodologiyanın tender predmetini təşkil edən işlərin icrası baxımından keyfiyyəti və uyğunluğu, təklifdə onun mahiyyətini dəyişdirməyən və ya əsas şərtlər toplusunda göstərilmiş xüsusiyyətlərdən, şərtlərdən və başqa tələblərdən əhəmiyyətli dərəcədə kənara çıxmayan xətalar.
Tenderdə iştirak haqqı 5000 manatdır. İştirak etmək istəyənlər iştirak haqqını bu hesaba ödəməlidirlər:
Hesab: AZ69CTRE00000000000002512731
VÖEN: 8400015691
Bank: Şamaxı YXO Bank
VÖEN: 1401555071
Kodu: 210005
Müxbir hesab: AZ41NABZ013600000000003944
S.W.I.F.T: CTREAZ22
Bundan sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ-5600, Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27 (Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binası) (Əlaqələndirici şəxs: Ceyhun Əbilhəsənov, telefon: (+994 20) 265-19-52; +994 50 388 27 76) ünvanından ala bilərlər.
İştirakçılardan ənənəvi sənədlərlə yanaşı, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Son maliyyə dövrünə olan məlumatı əks etdirən sənədin əsli); Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması - (Tələb olunan meyarlar üzrə müvafiq göstəricilər əlavə olunmaqla iddiaçı tərəfindən təsdiq edilmiş arayış); Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında sənəd (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənədin əsli) də tələb olunur.
Tələb olunan arayışların qeydə alınma tarixi cari rübü əhatə etməlidir.tenderdə tələb olunan noyabrın 14-dək, tender təklifləri noyabrın 22-dək təqdim edilməlidir. Təkliflər noyabrın 23-də açılacaq.