Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolların təmiri işlərinin satın alınması üçün açıq tender elan edir.
Azərpambıq Aqrar Sənaye Kompleksi tender - ELAN EDİR
FED.az xəbər verir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqının ödənilməsi yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə LOT üzrə 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını ödəyərək Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Satınalan təşkilat: Abşeron Rayon İcra Hakimiyyəti
H/h: AZ46CTRE00000000000002516831
VÖEN: 3100056421
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
S.W.İ.F.T : CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi: Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi - Əliyev Fariz Murad oğlu.
Telefon: 012 342 1116, 050 332 47 77, elektron poçt: [email protected]
Ünvan: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənəd.
3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (iddiaçıların hüquqi sənədlərinin surəti notarial qaydada təsdiqli olmalıdır).
4. Tender təklifi (Təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
5. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməlidir. 01 iyul 2021-ci il tarixdən sonrakı tarixdə alınmış arayış olması mütləqdir).
7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
8. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət orqanından arayış.
9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməlidir. 01 iyul 2021-ci il tarixdən sonrakı tarixdə alınmış arayış olması mütləqdir).
10. İddiaçının analoji işlərdə təcrübəsi, maddi-texniki və kadr imkanları haqqında rəsmi məlumat.
11. İddiaçının son üç ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə rəsmi məlumat.
12. Məhkumluğun olmaması barədə arayış,
13. Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla tələb olunan digər sənədləri 26 iyul 2021-ci il saat 12:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 03 avqust 2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 04 avqust 2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.