Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy şəhərinin Xəqani Şirvani, İlham İsmayılov, Məmməd Məhərrəmov (dalan), Nazim Hikmət, Nigar Rəfibəyli, Qatır Məmməd, Vüqar Bayramov (dalan 1), Vüqar Bayramov (dalan 2), Mikayıl Müşfiq, Şıxəli Qurbanov, Səməd Vurğun (dalan), İsmət Qayıbov, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid küçələrində asfalt-beton örtüyünün təmiri üzrə açıq tender elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar tender üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Rasif İmanov (Tel: (070) 245-30-80)
Ünvan: Goranboy şəhəri, H.Əliyev prospekti, 3
İştirak haqqı: 500 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi
Faktiki ünvan: Goranboy şəhəri, Heydər Əliyev prospekti, 3
VÖEN: 6100038651
Bank rekvizitləri:
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN: 1401555071
Kod: 200509
SWIFT BIK: AIIBAZ2X
H//h: AZ13CTRE00000000000002510732
M//h: AZ37NABZ01350100000000001944
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- maliyyə vəziyyəti haqqında bank arayışı;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- nizamnamə;
- qeydiyyatdan keçdiyi ölkə;
- rekvizitlər;
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinin olduğunu təsdiq edən arayış;
- işçi qüvvəsi haqqında arayış (əsas işçi heyətinin təcrübəsi minimum 5 il olmalıdır);
- maşın və avadanlıqlar haqqında arayış (asfalt işləri üçün istifadə olunan xüsusi təyinatlı texnikaların olması);
- oxşar işlər üzrə təcrübəsinin olması barədə məlumatlar (son 5 ildə oxşar işləri əhatə edən ən azı iki müqavilə haqqında məlumat);
- lisenziya (nəzərdə tutulan iş və xidmətlərin yerinə yetirilməsi üzrə);
- inşaat sahəsinə asfaltın gətirilməsi üçün yaxınlığında yerləşən asfalt istehsal edən zavodun mövcudluğu barəsində rəsmi arayış (blankda);
- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı (müqavilə dəyəri 100 min ABŞ dollarının manat ekvivalentindən yüksək olarsa, müqavilə dəyərinin 5 faizi həcmində təminat tələb olunacaqdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16.06.2021-ci il saat 10:00-a qədər tender təklifi və bank təminatı sənədlərini 24.06.2021-ci il saat 10:00-a qədər Portal vasitəsilə Tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri 25.06.2021-ci il saat 10:00-da elektron Portal vasitəsilə açılacaqdır.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.