Qazax Rayon İcra Hakimiyyəti 2021-ci ildə “Qazax şəhərində yolların əsaslı təmiri” işlərinin yerinə yetirilməsi üzrə büdcə vəsait hesabına açıq tender elan elan edir.
Dövlət Neft Fondu auditor - SEÇİR
FED.az xəbər verir ki, tender 1 LOT üzrə aparılır.
LOT-1. Qazax şəhərində “Qazax şəhərində yolların əsaslı təmiri” işlərinin satınalınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/-dövlət satınalmalarının Vahid İnternet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 1 LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təklifləri Portal vasitəsilə təqdim edə bilərlər.
LOT-1 üzrə cəmi - 400 manat
İştirak haqqı ödəndikdən sonra maraqlananlar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron qaydada Əlaqələndirici şəxs İsgəndərov Fərhad Xaliddin oğlu ilə əlaqə yaradaraq aşağıdakı ünvandan ala bilərlər.
Ünvan: Qazax şəhəri, Azadlıq küçəsi-78
Tel.: 0222951393
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Qazax Rayon İcra Hakimiyyəti
VÖEN: 4200123871
H/H: AZ19CTRE00000000000002513631
Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi,
KOD: 210005,
VÖEN: 1401555071,
M/H:AZ41NABZ01360100000000003944,
SWİFT: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
2. Tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır)
3. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır;
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışın 01.05.2021-ci il tarixdən sonra alınması və sənədin əslini skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
5. İddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın 01.05.2021-ci il tarixdən sonra alınması və sənədin əslini skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir) və bank rekvizitləri;
7. Satınalma prosedurlarının başlamasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərin yalnış göstərmələri ilə əlaqədar cinayətə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar - (məhkumluq barədə arayış)
8. Digər sənədlər: İddiaçının son 3 ildə analoji işlər üzrə təcrübəsi və potensialı haqqında məlumat, maddi-texniki bazası, o cümlədən ixtisaslı kadr ən azı 10 nəfər, maşın, mexanizm və digər texnikaların mövcudluğu, iddiaçıların müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziyaya və ya icazəyə malik olması haqqında təsdiqləyici sənədlər.
İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Tenderin başlama tarixi 04.05.2021-ci il saat 15:00.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi, bank təminatı və avans tələbi sənədi istisna olmaqla) 31.05.2021-ci il saat 15 :00 tarixinə qədər, Tender təklifi ilə bank təminatı və avans tələbi sənədlərini 08.06.2021-ci il saat 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
İddiaçıların zərfləri 09.06.2021-ci il saat 15:00 tarixində açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD:Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.