Neftçala Rayon İcra Hakimiyyəti avtomobil yollarının əsaslı təmiri və abadlıq işlərinin satın alınması üzrə iki tender elan edir.
Eləcə də bax: «Azərsu»yun 5 milyon manatlıq tenderinin – Qalibi Məlum Oldu
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak haqqı 100 və 200 manat təşkil edir. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Hər iki tenderin bitmə müddəti 07.12.2021 saat 12:00 - a kimidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Tender elanından sonrakı tarixə təqdim edilən arayış qəbul ediləcək. Əks təqdirdə həmin sənəd məqbul hesab edilmir.
Qeydiyyatdan keçdiyi ölkə
Notarial qaydada təsdiq edilmiş formada təqdim edilməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
2020-ci il üçün olan hesabat təsdiq edilərək təqdim edilməlidir.
Rekvizitlər
Bank tərəfindən təsdiq edilmiş möhürlənmiş formada olmalıdır.
Maliyyə vəziyyəti haqqında bank arayışı
Tender elanından sonrakı tarixə təqdim edilən arayış qəbul ediləcək. Əks təqdirdə həmin sənəd məqbul hesab edilmir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Tender elanından sonrakı tarixə təqdim edilən arayış qəbul ediləcək. Əks təqdirdə həmin sənəd məqbul hesab edilmir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Tender elanından sonrakı tarixə təqdim edilən arayış qəbul ediləcək. Əks təqdirdə həmin sənəd məqbul hesab edilmir.
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Notarial qaydada təsdiq edilmiş formada təqdim edilməlidir.
Nizamnamə
Notarial qaydada təsdiq edilmiş formada təqdim edilməlidir.
İxtisas göstəriciləri:
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əmək reyestrindən işçilər barədə çıxarışlar, onların əmək müqavilələri
Təsdiq edilmiş formada təqdim edilməlidir.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması ilə bağlı sənədlərin təqdim edilməsi
Özü tərəfindən təsdiq edilməli və Əsas Şərtlər Toplusunda göstərilmiş formada uyğun tərtib etməlidir.
Mikro, kiçik və orta sahibkarlıq meyarlarından birinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsindən alınmış arayış
İmzalı və möhürlü formada son dövrün statistik məlumatlarını əks etdirən arayış təqdim edilməlidir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması ilə bağlı Ədliyyə və Vergi orqanlarından alınmış arayış
Tender elanından sonrakı tarixə təqdim edilən arayış qəbul ediləcək. Əks təqdirdə həmin sənəd məqbul hesab edilmir.
Vergi orqanları tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, lazımı texniki imkanlarının olmasına dair rəsmi arayış
Tender elanından sonrakı tarixə təqdim edilən arayış qəbul ediləcək. Əks təqdirdə həmin sənəd məqbul hesab edilmir.
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 50 bal
İşlərin yerinə yetirilməsi müddəti
15
İşlərin yerinə yetirilməsi müddəti; İşlərin ən son yerinə yetirilmə müddəti 28 dekabr 2021-ci ildir. İşlərin yerinə yetirilməsi siyahısı üzrə hər bir iş üçün ən az yerinə yetirilmə müddəti ən yüksək balı alacaqdır. Hesablanması qaydası aşağıdakı kimidir. Müddətlər gün ilə göstərilməlidir. Təqdim olunmuş ən aşağı təklifə ən yüksək bal (20) veriləcəkdir, digər iddiaçıların təklifi isə aşağıdakı düstura əsasən hesablanır: NB = ST x 20 / İT NB - İddiaçının nisbi balı ST - Ən səmərəli təklif İT - İddiaçının təklifinin qiyməti
Avans tələbi
10
Avansın yuxarı həddi 30% (faiz) həcmindədir. Ən az avans tələbi təqdim edən iddiaçı ən yuxarı balı alacaqdır
Potensial imkanlar
10
Ən çox maddi-texniki imkana, avadanlığa, iş görmə qabiliyyətinə və s. amillərə malik iddiaçı 10 balla qiymətləndiriləcəkdir.
Təcrübəsi
15
Təqdim etdiyi və təsdiq edilmiş məlumatlara əsasən ən çox təcrübəyə malik iddiaçı 10 balla qiymətləndiriləcəkdir.
Qiymət təklifi:: 50 bal
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 60 bank günü təşkil etməlidir
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qiymətinin təsviri
50
Qiymətlər bütün vergi və digər xərclər daxil olmaqla portala qeyd edilməlidir. Qiymət təklifinin təqdimat formasına uyğun olaraq PDF formatda da yüklənməsi məqsədəmüvafiq hesab edilir.
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Mahmudov Ruslan | Baş mühasib vəzifəsini müvəqqəti icra edən icra nümayəndəliyində baş məsləhətçi | [email protected] | 0212634236 |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.