Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala Şəhəri üzrə Nümayəndəliyi açıq tender elan edir.
Vergilər İdarəsi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender 2 lot üzrə keçirilir.
Lot -1. Şəhər küçələrinin cari təmiri və abadlıq işlərinin satın alınması.
Lot-2. Mənzil fondunun əsaslı təmirinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 90 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır
Əlaqələndirici şəxs- Elbrus Məmmədov.
Telefon- 024-22-5- 50-15.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bank “Kapital Bank”ın Zaqatala filialı
Kod- 200394
VÖEN- 1401555071
M/h- AZ41NABZ 01360100000000003944
H/h-AZ30CTRE 00000000000002510232
VÖEN-5100054941
CTREAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətinə qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı , hüquqi statusu, nizamnaməsi , qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri ;
-iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti ) tərtib olunmalıdır.
Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla ) 24 iyun 2021-ci il saat 11.00-a, iş cədvəli, tender təklifi və bank zəmanətlərini isə möhürlənmiş ikiqat zərfdə 5 iyul 2021- ci il saat 11.00-a qədər təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 6 iyul 2021-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.