Göygöl Rayon İcra Hakimiyyətinin Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Göygöl MKTİB-nin balansında olan kommunal yaşayış evlərində əsaslı təmir işləri (23 yaşayış evinin təmiri) üçün açıq tender elan edir.
Dövlət qurumu tenderin vaxtını uzatdı - YENİ TARİXLƏR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilən LOT üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar Tender komissiyasına müraciət edə bilərlər.
Ünvan: Göygöl şəhəri, S.Hacıyev küçəsi, 42
Telefon: 022-205-23-69; (050) 681-61-50
Əlaqələndirici şəxs: Allahverdiyeva Fəridə Mayıl qızı.
Maraqlananlar aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra Əsas şərtlər toplusunu yuxarıda göstərilən ünvandan ala bilərlər.
İştirak haqqı - 400 manat. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat: Göygöl RİHB-nin Göygöl şəhər İƏD-si üzrə nümayəndəliyi
HESAB: AZ93CTRE00000000000002511232
VÖEN: 7600050571
BANK: DÖVLƏT XƏZİNƏDARLIQ AGENTLİYİ
Kod: 210005
VÖEN BANK: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır).
İddiaçılar tələb olunan sənədləri 03.09.2021-ci il saat 12:00-dək, tender təklifi və bank zəmanətini isə 13.09.2021-ci il saat 12:00-dək təqdim etməlidirlər.
Tender zərfləri 14.09.2021-ci il saat 12:00-da açılacaqdır.