Göygöl Rayon İcra Hakimiyyəti Göygöl şəhərinin Vidadi küçəsi, Vidadi və İ.Məmmədov küçəsi arasındakı küçə, Qara Qarayev küçəsi, Əziz Əliyev və Qarayev küçələrinin arası, Əziz Əliyev küçəsinin Müstəqillik küçəsinə birləşən hissə və Müstəqillik küçəsinə bitişik dalanda asfalt-beton ortüyün təmiri işlərinin aparılması üçün açıq tender elan edir.
Xəzər Dəniz Gəmiçiliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq göstərilən LOT üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar Tender komissiyasına müraciət edə bilərlər.
Ünvan: Göygöl şəhəri, Azay Kazımov küçəsi, 1A
Telefon: 022-205-30-62; (055) 362-92-11
Əlaqələndirici şəxs: Muradov Ramin Akif oğlu
Maraqlananlar aşağıdakı məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Əsas şərtlər toplusunu yuxarıda göstərilən ünvandan ala bilərlər.
İştirak haqqı - 700 manat. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat: GÖYGÖL RAYON İCRA HAKİMİYYƏTİ
HESAB: AZ23CTRE00000000000002511231
VÖEN: 7600027881
BANK: DÖVLƏT XƏZİNƏDARLIQ AGENTLİYİ
Kod: 210005
VÖEN BANK: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır).
İddiaçılar tələb olunan sənədləri 15.07.2021-ci il saat 12:00-dək təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank zəmanətini 27.07.2021-ci il saat 12:00-dək təqdim etməlidirlər.
Tender zərfləri 28.07.2021-ci il saat 12:00-da açılacaqdır.