Qazax Rayonu İcra Hakimiyyəti yolların təmiri və abadlıq işləri tenderlərinin qalibi məlum olub.
FED.az xəbər verir ki, hər 2 tenderi qazanan şirkət "AZƏRTRANSS" MMC-dir. İcra hakimiyyəti "AZƏRTRANSS" MMC ilə Qazax şəhərində yolların əsaslı təmiri işləri üçün 528 min 85 manat, Qazax şəhərində Abadlıq işlərinin(33-ədəd binanin təmiri) aparılması üçün 1 milyon 29 min 642 manat məbləğində müqavilə bağlayıb.
Müqavilələrin ümumi məbləği 1 milyon 557 min 727 manat olub.