Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhəri H.Z.Tağıyev, Bakı, M.Ə.Rəsulzadə, Ə.Vahid, M.B.Nadim və H.Aslanov küçələrində işıqlandırma sisteminin cari təmiri işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Təmiz Şəhər kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının elektron portalı vasitəsilə elektron qaydada təqdim etsinlər. Müqavilə 2021-ci il dekabrın 30-dək yerinə yetirilməlidir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron satınalmalar portalından ala bilərlər.
Ünvan- Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7.
Əlaqələndirici şəxs- Salman Mirağa oğlu Zamanov, telefon- /021/ 204-29-46).
İştirak haqqı 100 (bir yüz) manatdır.
İştirakı haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat- Hacıqabul Rayon İcra Hakimiyyəti
Hh- AZ68CTRE00000000000002513331
VÖEN - 8100027051
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
M h- AZ41NABZ01360100000000003
VÖEN- 1400155071
S.W.İ.F.T. BİK- Biq STREAZ 22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərlərinin 1faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarının arayışı.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 sentyabr 2021-ci il saat 15.00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçılar tenderdə iştirak üçün tender təklifi və bank təminatını elektron qaydada 6 oktyabr 2021-ci il saat 15.00-dək təqdim etməlidirlər.
Təklif zərfləri 7 oktyabr 2021-ci il saat 15.00-da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7 nömrəli ünvanda açılacaqdır.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.