Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi şəhərin Heydər Əliyev prospektində, C.Cabbarlı küçəsində və "Şəhidlər Xiyabanında" görüləcək abadlıq-quruculuq işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Xəzər Dəniz Gəmiçiliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender 1 lot üzrə keçirilir.
Lot -1. Qax şəhərinin Heydər Əliyev prospektində, C.Cabbarlı küçəsində və "Şəhidlər Xiyabanında" görüləcək abadlıq -quruculuq işlərinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzalar vasitəsiylə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 150 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşilatın bank rekvizitləri:
Təşkilat- Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
Kod- 210005
M/h-AZ341NABZ01360100000000003944
S.W.İ.F.T: BIK CTREAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. İddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.
4. Tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış.
6. İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 14 iyun 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 23 iyun 2021-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçının təklifləri 24 iyun 2021-ci il saat 11.00-da açılaçaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalniz elektron qaydada portal vasitəsilə aparılır.