Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ATF MMC ilə 2.2 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: Rayonda yaşayış binalarının təmiri – TENDER ELANI - İŞLƏRİN SİYAHISI
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Mingəçevir şəhər küçələrində asfalt örtüyünün əsaslı təmirinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 169 788 manatdır.
Qeyd edək ki, ATF MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Təbriz Muradovdur.