“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən elan olunan iki mühüm infrastruktur tenderi iştirakçı çatışmazlığı səbəbilə ləğv olunub.
“Azərişıq” Qarabağda enerji infrastrukturunu qurur - 6 MİLYONLUQ TENDER
FED.az xəbər verir ki, hər iki tender üzrə “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci bəndinə əsasən, təklif və təminat təqdim edən təchizatçıların sayı üçdən az olduğuna görə müsabiqələrin keçirilməsi mümkün olmayıb.
Ləğv olunan ilk tender Pirəzə nov kanalının metal boru hissəsinin və LREN-120 nov kanal sahəsinin əsaslı təmirini əhatə edirdi. Layihə çərçivəsində D=1020x10 mm ölçülü borularla 0,76 km uzunluğunda hissənin və əlavə olaraq 0,84 km kanal sahəsinin üzərindəki qurğuların əsaslı şəkildə yenilənməsi planlaşdırılırdı. Bu satınalmanın ehtimal olunan dəyəri 160.000 manat təşkil edirdi. Müsabiqə 16 aprel 2025-ci il tarixində dərc edilmiş, təkliflərin son təqdim olunma və zərflərin açılış vaxtı 23 may 2025-ci il saat 17:00 olaraq müəyyən edilmişdi.
Ləğv edilən ikinci tender isə 4MK LR-100 və 4MK-3 LR-80 nov kanallarının əsaslı təmir və betonlaşdırma işlərini əhatə edirdi. Bu layihə üzrə 3,76 km uzunluğundakı kanal beton konstruksiya ilə əvəz edilməli, 2,064 km hissədə isə mövcud qurğuların tam əsaslı təmiri həyata keçirilməli idi. Ehtimal olunan qiymət 213.000 manat idi. Bu tenderin dərc tarixi 17 aprel 2025, təqdim olunma və açılış vaxtı isə 22 may 2025, saat 17:00 olmuşdu.
Hər iki tenderin eyni səbəbdən – kifayət qədər iştirakçının olmaması səbəbilə – nəticəsiz qalması, sektor üzrə təchizatçı marağının az olduğunu, yaxud texniki və hüquqi tələblərin yerli şirkətlər üçün çətinlik yaratdığını göstərir. Bu hal həmçinin meliorasiya və su təsərrüfatı layihələrinin icrasında gecikmələrə səbəb ola bilər.
Amma təcrübəyə əsasən demək olar ki, bu cür ləğvlərdən sonra tenderlər ya yenidən elan olunur.