Şəki Şəhər İcra Hakimiyyəti (VÖEN – 3000072051) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Şəki şəhərinin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri və çay yatağının təmizlənməsi işlərinin satınalmasıdır. Ehtimal olunan qiymət 999 992 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 13 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Cahangir Nəbiyev - Baş memar
[email protected]
+994 24 244 24 82
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 13 mart 2026-cı il tarixinə qədər Az 5500, 20 Yanvar küçəsi, 8 ünvanına təqdim edə bilərlər.











