"Volt Azərbaycan" AQTA-nın Bakı Regional Bölməsi qarşısında məhkəmə iddiası qaldırıb.
FED.az xəbər verir ki, iddianın qaldırılma səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərdir.
İş Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun icraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 25.04.2023, saat 15:00-a təyin edilib.