Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "TVM İnşaat" MMC (VÖEN: 1101408601) olub.
Qalib şirkətlə 135 920 148 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bağlanmış müqavilədə Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması nəzərdə tutulur.
Xatırladaq ki, TVM İnşaat 25.07.2016-cı ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Musa Ağayev Nizaməddin oğludur.
Hüquqi ünvanı Az1155, Bakı şəh, Qaradağ r, Müşfiqabad ştq, Müşfiqabad qəs. ev 3D, m8-də yerləşlir