"Tovuz Gənclər Evi" Sosial Xidmət Müəssisəsi dəftərxana və təsərrüfat xərcləri üzrə elan etdiyi kotirovka sorğusunun qalibinin adını açıqlayıb.
TOVUZ GƏNCLƏR EVİ SXM-nin rəhbərliyinin FED.az saytına verdiyi məlumata görə, dəftərxana və təsərrüfat xərclərinin satınalınmasına dair 14.04.2021-ci il tarixində elan edilmiş kotirovka sorğusuna dair sənədlər 21.04.2021-ci tarixədək qəbul edilib. Sorğuda 3 müəssisə iştirak edib. Sorğunun nəticəsinə uyğun olaraq, fiziki şəxs Məmmədov Elnur Zöhrab oğlu qalib elan edilib.