"Təmiz Şəhər" ASC "Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Hayat Group"MMC (VÖEN: 1601930261) seçilib.
Qalib şirkətə 4 668 080 manat ödəniləcək.
"Hayat Group" MMC bundan əvvəl Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin 1 839 620 manat dəyərindəki "Melorasiya, İrriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (buldozerlərin) satınalınması" tenderinin qalibi seçilib.
Xatırladaq ki, "Hayat Group" MMC 29.10.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 148 520 manatdır. Qanuni təmsilçisi Babək İbrahimov Mikayıl oğludur. Hüquqi ünvanı Az1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 50, giriş 2, m 10-da yerləşir.