"Təmiz Həyat" MMC barəsində vergilərin, rüsumlarin ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə (İcbari sığorta müqaviləsinin bağlanmaması) irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.
İşə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılır. İddia hakim Elçin Ağayev sədrliyi ilə araşdırılacaq.