İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 2021-ci il üzrə maliyyə hesabatlarının, Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun xərclərinin auditi üçün açıq tender elan edib.
Eləcə də bax: “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” - AUDİTOR SEÇİB
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar ilkin sənədləri mayın 5-i, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 16-sı, saat 17:00-a qədər dövlət satınalmalarınınn vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi mayın 17-də, saat 17:00-da portalda açıqlanacaq. (Report)